🤝 Kömək mərkəzi
Ən çox verilən suallar. Cavabı tapmadınız? Bizə yazın.
Müştərilər üçün
Randevunu necə alım?
Ustanın səhifəsində “Yazıl” düyməsinə basın, xidməti, günü və boş saatı seçin. Təsdiq bildirişi gələcək. Zəng etməyə ehtiyac yoxdur.
Randevunu necə ləğv edim və ya dəyişim?
“Randevularım” bölməsində randevunu açın və “Ləğv et” basın. Ustanın qoyduğu müddətdən gec ləğv etmək olmur — o zaman ona yazın.
Ödənişi saytda edirəm?
Xeyr, xidmətin pulunu ustaya özünüz ödəyirsiniz. Ayaniks müştəridən pul almır.
Köməkçi (✨) nədir?
Sağ aşağıdakı qızılı düymə. Düymələrlə sahəni, rayonu və günü seçirsiniz — o sizə boş ustaları tapır və elə orada yazılırsınız.
Fərdi sifariş necə göndərilir?
Tort, gül və ya dırnaq dizaynı istəyirsinizsə, biznesin səhifəsində “🎨 Fərdi sifariş” basın. Şəkil göndərin, istəyinizi yazın — usta qiymət və tarix təklif edəcək.
Bizneslər üçün
Biznesimi necə əlavə edim?
Menyuda “Biznes yarat” basın, peşənizi seçin. Xidmətlər hazır şablonlardan bir toxunuşla əlavə olunur. 5 dəqiqə çəkir.
Profilimi necə dəyişim?
Biznes hesabınıza keçin — profiliniz müştərinin gördüyü kimi açılacaq. ✏️ işarələrinə basıb elə orada dəyişin.
İşçim nəyi dəyişə bilər?
İşçi öz şəklini, adını, vəzifəsini, iş saatlarını, işlərini və ona aid xidmətlərin qiymətini dəyişə bilər. Qalan hər şey sahib və administratordadır.
Ayaniks pulludur?
Hazırda açılış dövrüdür — bütün planlar pulsuzdur. Ödənişli plana keçid olanda əvvəlcədən xəbər veriləcək.
Məhsul necə satım?
Panel → Məhsullar: şəkil, ad, qiymət və stok yazın. Profilinizdə “Mağaza” tabı yaranır, sifarişlər Panel → Sifarişlər-ə gəlir.